Məşhur model müğənni Elnur Məmmədov haqqında nələr danışdı?

Məşhur model müğənni Elnur Məmmədov haqqında nələr danışdı?
Son zamanlar hər kəsi model Günay Musayeva ilə müğənni Elnur Məmmədovu nə birləşdirdiyi maraqlandırır. Günay hər Bakıya gəlişində, Elnur isə Türkiyəyə səfər edəndə biri-birləri ilə görüşürlər. Hazırda Türkiyədə olan model bu məsələ ilə bağlı SİA-ya açıqlama verib: "Biz ikimizdə çox istiqanlıyıq və biri-birimizi səmimi ürəkdən çox istəyirik. Çox mehriban olmağımız düzdür, amma sevgili olmağımız səhvdir. Bilirsiniz, hər iki cinsin nümayəndəsi mehriban dostlar olanda, hər kəs təəccüblənir, birtəhər baxır, nədənsə elə hamı sevgili sanır. Axı bu, belə deyil. Bəyəm oğlanla qız dostluq edə bilməz? Biz, bu qədər söz-söhbətə heç fikir vermirik. Dostluğumuzu heç bir dedi-qodu poza bilməz. Çünki biz doğurdan dostuq. Bunu mənim də, Elnurun da ailəsi bilir. Elnur mənə bir dəfə zəng vurub, dedi ki, mamasıgil mənim şəklimi öz otaqlarına vurub. Mən bilirsiniz, necə sevindim? Onun valideynləri də bizim səmimi dostluğumuzu yüksək qiymətləndirir. Mənim valideynlərim hər dəfə zəng edəndə, Elnuru soruşurlar. Ona salamlarını çatdırırlar. Çünki hər kəs bizim dostluğumuzu dəstəkləyir. Hətta mənim görüşdüyüm insan da Elnuru tanıyır. Əvvəllər qısqanırdı. Sonra o da dostuğumuza inandı və o, belə Elnurla mənim aramı poza bilməz. Buna cürət etdiyi an onu həyatımdan tərəddüd etmədən çıxardaram. Çünki Elnurun yeri tamam başqadır. Mən dostlarımı kiminsə sözünə görə itirmərəm. Elnur kimi dostlar hər zaman olmur. Sevgi insanın qarşısına tez-tez çıxa bilər. Amma münasibətdə olduğum adama, mənim dostlarıma və həyatıma o dərəcədə qarışmağına ixtiyar vermirəm",-deyə Günay bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə