Erməni mətbuatı Azərbaycanın “Eurovision -2011” yarışmasındakı təmsilçiləri haqda nələr yazır?
Düsseldorfda keçən "Eurovision 2011" yarışmasında finala həsrət qalan erməni təmsilçilərinin ardından bu ölkənin mətbuatı Azərbaycanın müsabiqədəki duetinə öz rəğbətini gizlədə bilmir. SİA-nın məlumatına götə, news.am saytı yazır: "Ermənistandan fərqli olaraq Azərbaycanın dəbdəbəli səhnə təqdimatı və bahalı oranjiman duetin finala çıxmasına imkan verdi".
arminfo.am saytı isə hətta Azərbaycanın təcrübəsindən nümunə götürməyə səsləyib: "İndidən demək olar ki, birinci yarımfinalın ən parlaq favoritləri Azərbaycan, Gürcüstan və Rusiyadır. Emminin çıxışına gəlincə isə, onun məğlubiyyəti nəhayət erməni ifaçılarını oyun qaydalarını dəyişməyə vadar edər. Nəhayət anlamalıdırlar ki, bir tək diasporanın dəstəyi ilə finala və onluğa daxil olmaq mümkün deyil. Odur ki, xarici musiqiçilərlə əməkdaşlığın vaxtı çoxdan çatıb".
Qeyd edək ki, yarımfinalda Ermənistanı təmsil edən müğənni Emmi ANS telekanalına müsahibəsində Azərbaycan duetinə uğurlar arzulayıb: "Səhnəyə çıxıb sadəcə mahnılarını ifa etsinlər. Onlara uğurlu çıxış arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB