Müğənni Rəqsanə İsmayılovanın Səs İnformasiya Agentliyinə müsahibəsi:
- Bildiyimiz qədər Rəqsanə İsmayılova yeni işlərə imza atır, öz biznesini qurur. Təzə jurnal açmısınız?
- Bəli, amma hələ çapa getməyib. Bu ay mətbəəyə gedəcək. Ayın axırında çox gözəl təqdimatımız olacaq. Həqiqətən də çox gözəl layihədir. Oxucular tərəfindən seviləcəklərinə inanıram. Gözəl bir komanda ilə çalışıram. Sözsüz ki, hər hansı bir insan hansısa işə addım atanda deyirlər ki, tək əldən səs çıxmaz onun yaxınları, qohumları güclü olmalıdır ki, hər şey gözəl olsun. İnsan tək qalanda çabalayır, işin içindən çıxa bilmir. Ona görə də ətrafıma yığdığım insanlardan da çox razıyam. Bilirəm ki, bu jurnal tez seviləcək.
- Azərbaycanda nəhəng informasiya şirkətləri var. Hansılar ki, öz sözlərini deyiblər. Sizcə onlarla rəqabət aparmaq çətin olmayacaq?
- Əslində hal-hazırda Azərbaycanda jurnal çoxdur. Amma mən heç bir rəqabət görmürəm. Çünki, bizim jurnalda bir çox fərqliliklər var. Əgər kiminsə haqqında nə isə yazılıbsa, o, jurnalda çıxacaq. Heç kimin xahişi nəzərə alınmayacaq. Mən bu məsələləri həvalə etmişəm bizim komandaya. Necə olur ki, bu günə qədər mənim haqqımda kimin ürəyi nə istəyib, yazıb. Hətta cəhd etmişəm ki, haqqımda filan məsələlər yazılmasın. Amma heç nəyə gücüm çatmayıb. Veriblər və deyiblər ki, "redaktorumuz deyib, getməlidir".
- "Zamanında mənə oldu indi isə qoy sizə olsun" deyib öz həmkarlarınızdan acıq çıxırsınız?
- Mən heç kimdən acıq çıxmaq istəmirəm. Sənət adamlarının heç biri ilə problemim yoxdur. Bəziləri efirə çıxıb həmkarları haqqında danışıblar. Bunu mən də etmişəm. Ancaq atdığım addım yanlış olub. İnsan artıq yaşa dolduqca, həyatı dərk etdikcə, hər şeyin fərqinə varır. Nəzərə alsaq ki, bu dəqiqə hər kəs şou aləmi ilə maraqlanır, mən də ona uyğun addım atacağam. Qoy, hər şey oxucuların ürəyincə olsun. İstəmirəm jurnalda aldadıcı məqamlar olsun. Hər şey dəqiq və qərəzsiz olmalıdır.
- Son aylarda başınıza bir çox pis hadisələr gəlib. Niyə bu uğursuzluqlar sizdən əl çəkmir? Qara buludlar hər zaman başınızın üstündədir.
- Hər birimiz öz taleyimizlə barışmalıyıq. İnsanın alnına, qismətinə nə yazılırsa, o da olur. Şou-biznes nümayəndəsi olduğuma görə, hansısa bir şey olanda tez ortalığa çıxır. Bu cür hadisələr digər sahələrdə olan insanların başına gələ bilər. Amma onlar üzdə olmadıqları üçün ortalığa çıxmır. Hansısa bir qalmaqalla qarşılaşanda özüm üçün də xoş deyil. Ona görə də jurnalımızın adını "REC" qoydum ki, biz hər şeyə yenidən başlayaq. Bu, mənim taleyimdir. Hələ bilmək olmaz sabah nə ilə qarşılaşacağam.
- Adıçəkilən jurnalda böyük qızınız Aysun da jurnalist olaraq çalışacaq. Onu şou-biznesə qatmaqdan qorxmursunuz?
- Aysun heç vaxt müğənni olmayacaq. Müğənni kimi övladlarıma heç vaxt fəaliyyət göstərməyə icazə verməyəcəyəm. Amma maraqlı olmaq üçün istədim ki, Aysun bu jurnalda çalışsın və dəyişiklik olsun. İstəyirəm qızım tanınmış simaların uşaqlarından müsahibə alsın.
- Siz öz qızına qarşı çox diqqətlisiniz. Bilirik ki, ananız Adilə xanımın yanında adınız çəkildə onun gözləri dolur.
- Hansısa bir çətin anımda oturub anamla məsləhətləşirəm. O, hər zaman yanımda olur. Arzu edirəm ki, hər bir qızın başın üstündə anası olsun. Yaşımın az olmağına baxmayaraq ailə qurub ayrılan andan evdə böyük seçilmişəm. 10 manat qazanmışamsa, onu yarı bölmüşəm. Evdə həm kişi, həm də qadınam. Həm bacımın övladı üstündə, həm də öz övladlarımın üstündəyəm. Ona görə də hər dəfə mənim adım anamın yanında çəkiləndə deyir ki, "mən görmədim ki, sən rahat nəfəs alasan". O, hər dəfə ağlıyır. Yanımda köməklik edən insan da olsa yenə hər bir çətinlik öz çiyinlərimdə olur. Anam hərdən deyir ki, "kaş ki, sən oğlan doğulardın".
-Bəzən həyat qadınları kişi olmağa vadar edir. Sanki qadın cildində kişi doğulmusan.
- Hərdən qadın olduğumu unuduram. İnsan kimi, qadın kimi özümə vaxt ayıra bilmirəm. Sənətçi olmasaydım belə, ailəmin yaxşı dolanması üçün bütün çətinliyə qatılardım. Evə gələndə soyuducunu açıb, nəyinsə çatışmadığını görəndə ürəyim partlayır. Yəni ki, onların çətinliyi olanda dözə bilmirəm. Fikirləşirəm ki, mən varam onların niyə çətinlikləri olmalıdır ki? İstəmirəm mən çəkdiklərimi onlar da çəksin. Hər zaman Allaha şükür edirəm ki, tamaşaçılar tərəfindən rəğbət qazanmışam. Evdə böyüyün olması çox gözəl şeydir. Heç bir ev böyüksüz olmasın. Məsələn, anam olmasa evimizdə hər şey bir-birinə qarışar.
- Amma siz atasız böyümüsüz.
-Mən atasız böyümüşəm. 2-3 yaşımız olanda atamızdan ayrılmışıq. Bacımla mənim aramda 1 yaş fərq var. Yəni o vaxtdan atamı görməmişəm. Bu yaxınlarda nənəm dünyasını dəyişib. Qızım Aysun isə rayona getmişdi. Orada atam Aysunu qucaqlayıb öpüb. Onun mənim qızım olmasına inanmayıb. Hətta deyib ki, mənim albomlarıma qulaq asır, çıxdığım verilişlərə baxır. Atamın yaşı az deyil. Düzü ona ata deməyə də dilim varmır. Çünki mən ondan atalıq görməmişəm. Ancaq mən qızlarıma həm atayam, həm ana. Biz də anamızdan eyni münasibəti görmüşük. Qismət belədir. Amma belə olmağını istəməzdim. Heç bir zaman atasızlığı onlara hiss etdirməmişəm. Bütün həyatımı onlara həsr eləmişəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB