Əməkdar artist Xumar Qədimova yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, müğənni sözləri Aysel Gürelə, musiqisi Atilla Özdemiroğluna aid “Sevda” mahnısını səsləndirib.
Xumar Qədimova sözügedən bəstəni "İnstagram" səhifəsində yayımlayıb və bu sözləri qeyd edib: “Sevənlərim, “Sevda”nın möhürü vuruldu. Bir də belə sevda gəlməyəcək”.
Qeyd edək ki, sözügedən mahnı ilk dəfə Nükhet Duru tərəfindən 1985-ci ildə ifa edilib. Daha sonra ispan, yunan və başqa dillərdə müxtəlif sənətçilər tərəfindən səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB