Rusiyanın məşhur pop qrupu Bakıya gəlir

Rusiyanın məşhur pop qrupu Bakıya gəlir
Mayın 21-i Bədən tərbiyəsi və İdman Akademiyasında "Xirdalan" Pivə Festivalı keçiriləcək. SIA Gün.az saytına istinadən xəbər verir ki, ənənəyə görə bu gün böyük mədəni proqram planlaşdırılır.

Festivala gələnlər məşhur musiqi kollektivlərini dinləyə biləcəklər. Gecənin əsas sürprizi məşhur rus musiqi qrupu, bir çox mükafatlar, həmçinin 2003, 2004, 2007 və 2010 Muz-TV mükafatı laureatı "Diskoteka Avariya"nın çıxışı olacaq. Həmçinin festivalda yerli estrada ulduzlarından Zülfiyyə Xanbabayeva, Natavan Həbibi, "Dəyirman" qrupu, Zamik və Elnurun çıxışları gözlənilir. Bayrama giriş hamı üçün pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə