Əməkdar artist: "Atam anamın ölümünə dözmədi, infarkt keçirdi" VİDEO

Əməkdar artist: "Atam anamın ölümünə dözmədi, infarkt keçirdi" VİDEO

Əməkdar artist Nahidə Orucova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ailəsindən danışan aktrisa anasını tez itirdiyini bildirib: "Çox ağrılı günlər yaşadım. Anam xərçəng xəstəliyindən dünyasını dəyişdi. Ana itkisi çox dəhşətlidir (ağlayır). Atam çalışıb bizə elə qayğı göstərirdi ki, anasızlığı hiss etməyək. Bacımın toyu olanda atam öz əlləri ilə yorğan sırıdı.

Anamın atama son sözü bu oldu: "Balalarımı sənə, səni Allaha tapşırıram. Balalarımdan və səndən doymadım". Anam 52 yaşında dünyasını dəyişdi. Atam çox əziyyət çəkdi, ürəyi dözmədi. 6 ildən sonra infarkt keçirdi, dünyasını dəyişdi. Ata itirmək bir başqa dərtdir. Ona çox bağlı idim. Atam bizə ana itkisini hiss etdirmirdi, hər qayğını göstərirdi. Atamdan sonra dedim, dağım getdi. Gecə-gündüz qəbir üstünə gedirdim. Ondan sonra həyatda hər şeyi itirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə