Xalq artisti Brilliant Dadaşova 32 il əvvələ geri dönüb. SİA-nın məlumatına görə, ifaçı illər öncə lentə alınmış videosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb və bu sözləri qeyd edib: "AzTV, 1988-ci il, Rafiq Babayevin rəhbərliyi ilə estrada simfonik orkestrı... Kompüterlərin, müxtəlif səs effektlərinin olmadığı vaxtlar. Brilliant Dadaşovanın ilk solo konserti... Stilist, vizajist, geyim modelyeri, saç düzümü, üzə makiyaj yox idi. Hər şey yalnız öz zövqünün nəticəsi idi. Nə gözəl günlər...
Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa ölkəmiz hücumlara məruz qalacaq. Bir başqa tərəfdən də dünya pandemiya ilə sarsılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB