Günay Musayeva: "Allahın köməkliyi ilə ümidlərinizi doğrultmağa çalışacağam"-MÜSAHİBƏ

Günay Musayeva: "Allahın köməkliyi ilə ümidlərinizi doğrultmağa çalışacağam"-MÜSAHİBƏ
Bir neçə gündür Bakıda qonaq olan "Best Model of Azerbaijan-2010" müsabiqəsinin qalibi Günay Musayeva müsahibə verməyə vaxt tapmasa da, vətəni tərk etməzdən 1 saat öncə onunla görüşməyə müvəffəq olduq.

SİA Günayla müsahibəni sizə təqdim edir:

- Günay, "Best Model of Azerbaijan-2010" un qalibi kimi Azərbaycanı Bolqarıstanda keçiriləcək "Best Model of the World-2010" yarışmasında təmsil etmək sənə nəsib oldu. Nə dərəcədə özünə əminsən "Best Model of the World-2010" olmağa?

- Necə ki, öz vətənimdə layiqli yer tutdum, Allah qoysa, siz dediyiniz kimi final mərhələsində də layiqli yer qazanmağa çalışacağam.

- Birdən Bakıda olduğu kimi, müsabiqənin əsas mərhələsində də qalib olsan, qalmaqallar baş verməz ki?

- Məncə yox. Müsabiqə idi gəldi, keçdi. Əsas odur ki, insanın gördüyü işlər daim onun başını ucaldır. Mən bu sahənin peşəkarıyam. Çox əfsuslar olsun ki, Azərbaycanda model biznesi demək olar ki, yoxdur. Peşəkar modellər də yoxdur. Mən Türkiyədə uzun illərdir, manikenlik sənətində uğurla addımlayıram. Müsabiqələr çox yaxşıdır, birincilik qazanmaq ondan da yaxşıdır. Axı, "Best Model of Azerbaijan-2010" mənim ilk həyəcanım deyil. Müxtəlif illərdə sənətimdə layiqli olduğum təsdiqlənib və artıq üçüncü dəfədir ki, başıma tac taxılıb.

- Günay belə söz-söhbətlər də dolaşır ki, guya sənin yaşın çoxdur.

- Nə? (təəccüblü baxışlarla gülməyə başlayır-red) Pasportumu gösrətim sizə?24 yaşım var. Mən 1987-ci ildə fevralın 17-də dünyaya gəlmişəm.

- Səncə, yaşının çox olması haqda söhbətin yayılmasında kimlər maraqlıdır?

- Bilmirəm kimlər, nə üçün bu barədə yalan məlumatlar yayırlar. İnanın fürsət olmur ki, forumlarda yazılan şaiyələri açıb-oxuyum. Adımın Günay olduğuna inanırsınızsa, yaşımın da 23 olduğuna əmin olun.

- Sevgili olduğunuz söylənilən iki müğənni - türk əsilli Yusuf Güney və azərbaycanı estrada ulduzu Elnur Məmmədov haqda sual verməsək, böyük qəbahət olar.

- Yusuf Güney mənim Türkiyədə, Elnur da Azərbaycanda olan çox yaxın dostlarımdır.Onlar sadəcə mənim sənət yoldaşlarımdır. Bu iki insanla yanaşı mənim hər iki qardaş ölkənin şou-biznesində öz sözlərini demiş sənət insanlarla çox yaxın dostluq əlaqələrim var. Bəlli bir çevrəm amma. Onlarla münasibətim sevgili olduğum anlamına gəlməməlidir. Həm Elnura, həm Yusufa Allahdan can sağlığı arzulayıram.

-Amma "Facebook" sosial şəbəkəsindəki profilində, Elnur səninlə müxtəlif məkanlarda çəkdirdiyiniz şəkilləri fotosessiya kimi yerləşdirib. Şərh yazan istifadəçilər, sizə xoşbəxt ailə qurmağınızı arzulayırlar.

- Bəli, Elnur şəkillər çəkdirib. İstanbula gəldiyi zaman qonağım olmuşdu. Şəhərin gəzməli-görməli məkanlarına apardım onu. Əlbəttə onun istirahətini yüksək səviyyədə təşkil etməkdən ötrü əlimdən gələni etməli idim. Çünki, hər şeydən əvvəl o, mənim həmvətənimdir və əziz dostumdur. Məncə, bizim sevgili olduğumuz haqda məlumatları, məhz maqazin müxbirləri ortalığa atdılar. Saytlarda, müxtəlif verilişdə fotolarımız fərqli bir şəkildə təqdim olundu və sonda ikimiz də təkzib vermək məcburiyyətində qaldıq.

- Aranızda narahatçııq olmadı ki?

- Bir az anlaşılmazlıq oldu. Amma bizə yaxın olan insanlar bilir ki, aramızda dostluq münasibətindən başqa bir şey yoxdur, ola da bilməz.

- İnanmaq olmaz ki,  sənin kimi gözəl və yaraşıqlı bir qızın qəlbi boşdur.

- Siz, hardan bilirsiniz ki, mənim ürəyim boşdur?

- O, necə bir insandır ki, qəlbinə asanlıqla hakim kəsilib?

- Sadəcə güvəndiyim və hörmət gördüyüm bir insandır. Ən önəmlisi də budur. Sevgi-məhəbbət mənim aləmimdə ikinci dərəcəlidir. Əsas aramızda hörmətdir ki, bu da məni yetərincə qane edir.

- Həmin şəxs neçə ildir, həyatındadır?

- Hardasa bir ildən çoxdur.

- Subaydır, yoxsa evili?

- (səs tonunu qaldıraraq) Əlbəttə subaydır. Evli insanla mənim nə işim var?

- Hər işində sənə dəstək olmağın öhdəsindən gələ bilir?

- Əsas odur ki, hər zaman məndən mənəvi dəstəyini əsirgəmir. Maddiyyat mənim üçün elə də önəm daşımır. Digər tərəfdən dəstəyə ehtiyacı olan insan da deyiləm axı. Kimsədən asılı olmağı heç sevmirəm. Müstəqil olmaq əsas devizimdir. Öz qanadları üstündə uçan, ayaqları üstündə dayanmağı bacara bilən insanam.

- Qazancın yetərlidirmi?

- Əlbəttə, Allaha min şükür məni qane edir.

- Ümid etmək istərdik ki, iyulda oxucularımıza Günay Musayeva "Best Model of the World-2010" oldu"- başlıqlı xəbər təqdim edək.

- O, zaman sevənlərim mənə çoxlu dualar etsinlər, Allahın köməkliyi ilə ümidlərinizi doğrultmağa çalışacağam.

Bütün xəbərlər Facebook səhifəmizdə