Stilist 10 min manatlıq kresloda əyləşib

Stilist 10 min manatlıq kresloda əyləşib
Məşhur fotoqraf olan Orxan Aslanovla bir araya gələn stilist Anar fantastik fotosessiya keçirib. SİA-nın xəbərinə görə, fotosessiya açıq havada və studiyada baş tutub.

Çəkiliş zamanı müxtəlif aksessuarlardan və İrland qoyun iti cinsindən olan köpəkdən istifadə olunub. Stilist fotokamera qarşısında İtaliyada istehsal olunmuş və qiyməti 10 min manat olan kresloda əyləşib. Anar bir neçə seriyalarda çəkilən fotosessiyanın yerli və əcnəbi jurnallar üçün nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Anarın bu addımı möhtəşəm şounun tərkib hissəsi kimi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə