Şəbnəm özünü asan xalası oğlu haqda: “Borcu var idi”

Müğənni Şəbnəm Tovuzlunun ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, ifaçının xalası oğlu Gəncə şəhərində 22 yaşlı Rzayev Pünhan Rəhman oğlu intihar edib.

Bu haqda Tovuzlunun özü xəbər yayıb: “Bilmirik nə oldu. 5 min manat borcu var imiş. Pis əhatəsi olub, heç kimə deməyib. Mənə desəydi, onun borcunu ödəməzdim? 5 min onun cavan canına qurban. Neçə-neçə insana əl tutmuşam. Pünhana da hər zaman kömək edirdim. Əsgərliyə gedəndə hər günü ilə maraqlandım.

Xalam və qızı dünyasını dəyişib, ona görə də Pünhanı nəzarətsiz qoymurdum. Hər ay ona xərclik göndərirdim. Desəydi ki, bacı, vəziyyətim pisdir, belə oyuna düşmüşəm, edərdim. Bilmədik, onu məcbur ediblər, qorxub, yoxsa nə... Özünü gedib asıb".

Qeyd edək ki, hadisə avqustun 11-də Metallurq stadionunda baş verib. Şəhər sakini, 1998-ci il təvəllüdlü Pünhan özünü stadiondakı yarımtikilidən telefon naqili ilə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə