Azərbaycanın “Eurovision- 2011” təmsilçiləri Türkiyənin təbliğat məqsədi ilə təşkil etdiyi partidə iştirak ediblər

Azərbaycanın “Eurovision- 2011” təmsilçiləri Türkiyənin təbliğat məqsədi ilə təşkil etdiyi partidə iştirak ediblər
Azərbaycanın "Eurovision- 2011" təmsilçiləri müsabiqə çərçivəsində Türkiyənin təbliğat məqsədi ilə təşkil etdiyi partidə iştirak ediblər. SİA-nın məlumatına görə, "Live it up" mahnısı ilə artıq müsabiqədə iştirak edən, ölkələr arasında favorit sayılan Türkiyə təmsilçilərinin partisi də maraqlı məqamlarla yadda qalıb.

Tanıtım mərasiminə Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal da qatılıblar. Təmsilçilərimizin partiyə gəlişi böyük səs-küylə qarşılanıb. Eldar və Nigar həm Avropa mediası, həm də parti iştirakçıları tərəfindən rəğbətlə və sevgi ilə qarşılanıblar. E. Qasımov və N. Camal tədbirdə iştirak müddətində Rusiyanın təmsilçisi Alsek Vorobyov, Türkiyə təmsilçiləri "Yüksək Sədakat" qrupu, San-Marino təmsilçisi Senitlə görüşüb, müsabiqə öncəsi təəssüratlarını bölüşüblər və bir-birlərinə uğurlar diləyiblər. Məlum olub ki, digər ölkə təmsilçiləri Eldar və Nigarı özləri üçün güclü rəqib hesab edirlər. Tədbirə Portuqaliya, Makedoniya, Sloveniya, Malta və digər təmsilçilər də qatılıblar.

Mərasimdə digər qonaqlar kimi Azərbaycan təmsilçiləri də öz mahnılarını- "Running Scared" mahnısını ifa ediblər və "Yüksək Sadakat" qrupuna dəstək olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə