Allahverdi Yolçuyevdən İlkinə irad: “Oynadığı rollar təkrardır”

Aktyor Allahverdi Yolçuyev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor ona göstərilən aktyorlarla bağlı fikir söyləyib.

İlkin Həsəni və Nicat Rəhimovun fotosunu görən Yolçuyev "Hər ikisinin gələcəkdə yaşlı aktyorların yerini tutacaqlarına ümid edirəm. Buna patensialları var. İlkinin (aktyor İlkin Həsəni - red.) oynadığı rollar təkrardır. İstedadları yüksəkdir, istəsələr başqa cür oynaya bilərlər. Aktyorun böyüklüyü odur ki, bir rolu o birindən fərqlənsin" sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə