"Karantində bayağı musiqilər azaldı"

Müğənni Gülay Zeynallı bayağı müğənnilərdən söz açıb. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, həmin həmkarları karantin günlərində azalıb: "Karantində bayağı musiqilər azaldı. Yəqin özləri başa düşdü. Bizim dəyərli musiqimiz var. Xanəndələrimiz, yaşayan sənətkarlarımız həvəsdən düşməsinlər. Bizim çox gözəl estradamız var, batıb getməsin. Bayağı mahnılar bizə qara xal kimi yapışmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə