Günay Musayeva Sofiyadakı müsabiqəyə türkiyəli həmkarı ilə qatılacaq
Ötən ilin sonlarında Azərbaycanda keçirilən "Best of the Best-2010" müsabiqəsində qalib gələn model Günay Musayeva bir neçə gündür ki, vətəndədir. SİA-nın məlumatına görə, vətəninə qonaq gələn model dünən vəd verdiyi kimi media mənsubları ilə görüş keçirdi. Şəhərin gecə klublarının birini gündüz saatlarında açdıran Musayeva, öncə jurnalistlərin sual atəşinə tuş gəldi. Model, "Best Model of the World-2010" yarışmasının hələ keçirilməməsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, Erkan Özermanın səhhətində problemlər yaranmasaydı, ötən ilin dekabrında "Best Model of the World-2010"un əsas mərhələsi İstanbulda keçiriləcəkdi. Sırf Erkan bəyin sağlamlığına tam qovuşmaması, müsabiqənin keçirilməsini bu qədər uzatdı. O qədər əsassız söz-söhbətlər yarandı ki, bu barədə uzun-uzadı danışmağa ehtiyac görmədilər: "Best Model of the World-2010" yarışmasına ev sahibliyini Bolqarıstan edəcək. Paytaxt Sofiya baş tutacaq final mərhələsində dünyanın 91 ölkəsindən iştirakçılar qatılacaq. Mətbuat konfransı başlamamışdan öncə Erkan bəylə telefon danışığımız oldu. Və mənə söylədi ki, "qızım, sənə səlahiyyət verirəm, mənim adımdan bildiklərini danışa bilərsən! Ona görə də rahat bir şəkildə bu haqda danışıram. Müsabiqə tarixində görünməmiş yenilik də baş verəcək. Erkan bəy istəyir ki, Bolqarıstanda Azərbaycan - Türkiyə qardaşlığı da öz əksini tapsın. Belə ki, azərbaycanlı xanım olaraq mən həm öz ölkəmin və Türkiyənin, qardaş məmləkətdən seçiləcək oğlan iştirakçı isə həm Türkiyə, həm də Azərbaycan adından səhnəyə çıxacaq. Təxmini artıq məlumdur mənimlə Sofiyaya kim gedəcək".
Qeyd edək ki, İstanbulda, Atatürk beynəlxalq hava limanında, təyyarəyə cəmi 4 dəqiqə gecikməsi ucbatından Günay bir neçə gün öncə Bakıda keçirilən Milli Mükafatın təltifetmə mərasiminə çata bilməyib və öz mükafatını məhz dünən toplaşdığı məkanda alıb. Model xanım Azərbaycan rejissoru Nail Naiboğlu və "Həftə içi" qəzetinin birgə təsis etdiyi "Yaxşıların Yaxşısı" mükafatı haqqında fikirlərini bölüşdü: "Məlum səbəblər ucbatından 2 may tarixində keçirilən təqdimat mərasiminə qatıla bilmədim. İnanın, o qədər kədərlənmişdim ki, fəxri mükafatıma səhnədən yiyələnə bilmədim. Amma sağ olsun Nail bəy və təşkilat komitəsi, heç bir irad bildirmədilər. Və bugün jurnalistlərin qarşısında mənə "Yaxşıların Yaxşısı"nı təqdim edirlər. Biləndə ki, "İlin modeli" nominasiyasında təkcə mən qalib gəlmişəm, bu sevincim birə min artdı"- deyə Günay Musayeva dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB