"Eşidəndə ki, sevdiyim qızın valideynləri o məclisdədir - toyu təxirə saldım". SİA-nın Milli.Az xəbər portalına istinadən verdiyi xəbərə görə, tanınmış bəstəkarı və muğam ifaçısı Nazim Məmmədovun sözlərinə görə, iyunun 11-də onun nişan mərasimi olacaq.
Sevdiyi qızın modelyer olduğunu vurğulayan Nazim onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanıdığını dedi. Gülnar adlı xanım bu il təhsilini başa vurur: "Gülnar əmim oğlunun nişanlısı ilə bir qrupda oxuyur. Onu görəndən aşıq oldum. Qız dünya gözəlidir (gülür). Onunla bir məclisdə iştirak edərkən rəqsə dəvət etdim. Sonra isə elçi göndərəcəyim barədə ona söz göndərdim. Amma Gülnar rəfiqəsinə dedi ki, valideynləri ona şou-biznes sahəsində çalışan insanla ailə qurmağa icazə verməzlər. Lakin mən çox israr edərək ailəsini razı sala bildim. Qızın xasiyyətini çox bəyənirəm, özünə də vurğunam. Hər şey o qədər tez baş verdi ki. Cəmi 27 günə "həri"sini aldım", - deyən Nazim xoşbəxtliyini bölüşdü.
Bəstəkar qeyd edib ki, nişanlısı onun mahnı oxumasına narazıdır. Bəstəkar-müğənni hətta behini aldığı bir məclisi belə, sevdiyi qıza görə təxirə salıb: "Bir məclisin behini almışdım. Sonradan bildim ki, qaynatamla qaynanam həmin məclisdə iştirak edəcəklər. Mən də onu təxirə saldım".
Maraqlı məqamladan biri də odur ki, Nazimin müğənni olduğunu qəbul etməyən Gülnar vaxtı ilə onun ifa etdiyi bəzi mahnıların vurğunu olub: "Gülnar biləndə kı, o mahnıların ifaçısı mənəm, təəccübləndi. Etiraf etdi ki, o mahnılara qulaq asanda, ağlına belə gəlmirdi ki, nə vaxtsa mənimlə tanış olar. Amma söyləyim ki, bəstəkar olmağıma razıdırlar", - deyə Nazim əlavə etdi.
Cütlüyün toyunun sentyabr ayında baş tutacağı gözlənilir.
Xatırladaq ki, Nazim Röya Ayxan, Natəvan Həbibi, Könül Kərimova, Azəri Günel (Günel Zeynalova) və digər tanınmış müğənnilər üçün daim mahnılar bəstələyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB