Ayaz Qasımov yeni mahnılar üzərində çalışır-Eksklüziv

Ayaz Qasımov yeni mahnılar üzərində çalışır-Eksklüziv
Tanınmış müğənnilərdən biri olan Ayaz Qasımov yeniliklər üzərində çalışır. Bu barədə sənətçinin özü SİA-ya açıqlamasında bildirib. Ayaz yeni mahnılar üzərində işlədiyini söyləyib. Onun sözlərinə görə, iki mahnısının bəstəkarı Aygün Səmədzadədir. Yaxınlarda klip çəkdirəcəyini və müğənni Manana ilə yeni duet üzərində çalışdıqlarını qeyd edib. Müğənni onu da əlavə edib ki, yaxın vaxtlarda konsert keçirməyi planlaşdırmır.

Bütün xəbərlər Facebook səhifəmizdə