Türkiyə pop musiqisinin imperatoru kimi tanınan müğənni İbrahim Tatlısesin yaxşı olduğu xəbəri bildirilib. SİA-nın xəbərinə görə, bu haqda Türkiyənin tanınmış sənətçisi Sibel Can məlumat verib. S.Canın sözlərinə görə, imperatorla telefon əlaqəsi yaradaraq vəziyyəti haqda maraqlanıb. Müğənni İ.Tatlıses vəziyyətinin yaxşı olduğunu bildirib. Sibel Can onu da əlavə edib ki, İbrahim Tatlıses 1 aydan sonra Türkiyəyə dönəcək. "İbrahim bəy səhnəyə dönənə qədər onun mahnılarını oxuyacağam. Tatlıseslə uzun illər eyni səhnəni paylaşmışıq. İbrahim bəy səhnələrə dönsün, yenə birlikdə mahnılar söyləyəcəyik. İnşallah birlikdə də konsert verəcəyik"-deyə müğənni əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB