Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın sosial şəbəkələrdə qalmaqallı görüntülərini yayan şəxslərə qarşı açdığı məhkəmə iddiası davam edir. SİA-nın verdiyi xəbərə görə, bu barə müğənninin özü məlumat verib: "Mən onlara son sözümü dedim. İndi hər şeyi məhkəmə həll edəcək".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə İlqarə İbrahimovanın 2 gəncin otağında onlarla söhbəti yer alıb. Söhbət zamanı gənclər ara-sıra əxlaqdankənar sözlər dilə gətirirlər. Bu video yayılandan sonra A.Kazımova İlqarənin sinif yoldaşlarını barışığa və qızından üzr istəməyə çağırmışdı. Qarşı tərəfdən yalnız Orxan Nəsirov ANS TV vasitəsilə Azərbaycan xalqından üzr istəsə də, İlqarədən üzr istəməmişdi. Xalq artisti bu hadisədən sonra münaqişəni məhkəmə yolu ilə həll etmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB