Müğənni Roza Zərgərlinin övladları Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib. SİA-nın məlumaına görə, bu haqda ifaçının özü xəbər verib. İfaçı bildirib ki, bir neçə gün əvvəl hərbi xidmətdən gələn Jerar və böyük övladı Corcla yanaşı qızı Bənövşə də bu addımı atıb: "Onların bunu edəcəyindən xəbərim yox idi. Məndən gizlin gediblər. Övladlarımla qürur duydum. Onların Vətən sevgisinə heyran oldum.
14 ilə yaxındır ki, uşaqlarımın birliyi üçün çalışıram. Demək, bunu bacarmışam. Üçünüzlə də qürur duyuram. Güc birlikdədir.

Bənövşəyə deyirəm ki, oğlanları başa düşdüm, sən nə üçün etdin? Gedib cəbhədə nə edəcəksən? Deyir ki, tibb bacısı kimi çalışacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB