“Mən döyüşə yararsızam”

Stilist Samiraldo (Samir Əliyev) “İnstagram”da canlı açıb. SİA-nın məlumatına görə, izləyicilərdən biri ona “Əlinə silah alıb, döyüşərsənmi?” sualını verərək ələ salıb.

Sosial şəbəkədə istifadəçisinin bu sualı stilisti əsəbiləşdirib. O, qarşı tərəfə belə cavab verib: “Azərbaycanın güclü ordusu var. Biz xalq olaraq Prezidentimizin arxasındayıq.

Odur ki, bəziləri şəhidlərin adından istifadə edib, şou yaratmasınlar. Belə insanlar Vətən xainidirlər. Onlar heç vaxt Azərbaycanı qoruya bilməzlər.

Qaldı ki döyüşə getməyimə, mən xəstə insanam. Mən döyüşə yararsızam. Məni ələ salanlara demək istəyirəm ki, siz Azərbaycan üçün nə etmisiniz?! Amma mən Vətənimi sevirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə