Rəqqasə Oksana Rəsulova 2 yaşlı oğlu Osmanın fotosunu ilk dəfə sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, övladını mediadan uzaq tutan sənətçi övladının üzünü gizlədim.

Oksana fotoya bu sözləri yazıb: "Dəlicəsinə aşiq olduğun insanla ailə qurmaq daha yaxşısı deyil. O adamla ailə qurmaq yaxşıdır ki, kimin üçün sənin xoşbəxtliyin - onun həyatının mənasıdır".

Rəqqasə daha sonra izləyicilərinə "Dostlar, sizcə, sevgi nədir? Sevgiyə inam qalıb? Sevgisiz bir insanla yaşamaq olarmı?" sualını ünvanlayıb.

Qeyd edək ki, Oksana 2018-ci ildə ana olub. O, uzun illər dost olduğu bir şəxslə gizli ailə qurduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə