Azərbaycana "Eurovision 2010" mahnı müsabiqəsində 5-cilik qazandıran Safura Əlizadə yeni fotosessiyasını pərəstişkarlarına təqdim edib. SİA-nın Milli.az portalına istinadən verdiyi məlumata görə, Avropanın bir çox tanınmış fotoqrafları ilə əməkdaşlıq edən Safura Əlizadə bu dəfə bacısı Fidan Əlizadənin obyektivinə "tuş gəlib".
"Yaz fotosessiyası" adlanan fotosessiyada Safura Əlizadə "Bahar qızı"nı canlandırıb. Hal-hazırda Bakıda ailəsi ilə vaxt keçirən Safura gələn ay Almaniyaya yola düşəcək. Gənc ifaçı ikinci albomunun tamamlanma işləri üzərində çalışır.
Məlumat üçün bildirək ki, müğənni olmağa hazırlaşan 16 yaşlı Fidan Əlizadə Gürcüstanın tanınmış müəllimi Mziya Qambaşidzedən dərs alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB