Azərbaycanın “Eurovision-2011”dəki çıxışı ilə bağlı yeni detallar məlum olub

Azərbaycanın “Eurovision-2011”dəki çıxışı ilə bağlı yeni detallar məlum olub
"Eurovision-2011"də Azərbaycanı təmsil edəcək Eldar & Nigar duetinin Düsseldorfdakı çıxışının yeni detalları məlum olub. SİA-nın Day.Az saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın müssabiqədəki çıxışının xoreoqrafı Renni Mirro olacaq, kostyumları isə Lars Uollin hazırlayacaq.

Bek-vokalçılar Yessika Marberqer, Vera Prada, Liza Stadel və Osa Enqman olacaqlar. Azərbaycanın yarışdakı çıxışına dəstək olacaq komandanın bütün üzvləri İsveç təmsilçiləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə