Nadir Qafarzadənin “fəxri ad” eşqi

Nadir Qafarzadənin “fəxri ad” eşqi
Tanınmış müğənni Nadir Qafarzadə fəxri ad arzusundadır. SİA-ya açıqlama verən müğənni bildirib ki, haqsızlıqdan bezib. Onun sözlərinə görə, 2011-ci ildən gözədiyi də məhz bu hadisədir.

"İnasanların zəhmətinə dəyər verilməyəndə, həvəsdən düşürlər. Mənə fəxri adın verilməməsindən narazıyam. Bu əslində belə olmamalıdır",-deyə müğənni bildirib.

"Çoxadandır, konsert vermirsiniz", sualı ilə ona müraciət edərkən bu cavabı aldıq: "Hələ ki, bilmirəm vaxtını, amma yeni ildə olar inşallah. Axı konsert üçün kifayət qədər vəsait lazımdır",- deyə N.Qafarzadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə