Nura Suri: “Adımı qalmaqallarda hallandırmayın”

Nura Suri: “Adımı qalmaqallarda hallandırmayın”
Azərbaycan şou-biznesində yenilikləri ilə iddialı olan müğənni Nura Sura adının qalmaqallarda hallanmasına ciddi şəkildə narazılıq edir. SİA-ya açıqlama verən müğənni bildirib ki, o, sadəcə sözü üzə deməyi sevir.

"Xahiş edirəm ki, mənim adımı qalmaqalda hallandırmayasınız. Mən sadəcə düzünü danışan bir insanam. İkiüzlülüklə aram yoxdur, sözü saxlaya bilmirəm, nə varsa, hamısını açıb deyirəm. Heç kimə də gedib demirəm ki, məni mütləq sevməlisiniz. Əgər kiminsə məndən xoşu gəlmirsə, bu onun haqqıdır. Mən hamının fikrinə hörmətlə yanaşıram".

Müğənni həmçinin bir neçə il öncə adının bir çox qalmaqallarda hallanmasına da münasibət bildirib: "Mənim hər bir addımım yenilik olub. Mən qalmaqala can atmamışam, sadəcə sözümü demişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə