“Çoban oğlana ərə gedərəm”

Müğənni Türkan Vəlizadə şəxsi həyatı ilə bağlı yeni açıqlamaları ilə gündəmə gəlib. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan sənətçi ailə həyatı quracağı şəxs barədə müzakirələrə səbəb olacaq etiraflar edib.
O, “Çobana ərə gedərsən?” sualına belə cavab verib: “Hazırda həyatımda ürəyimi sevgi ilə dolduran bir şəxs yoxdur. Bu barədə danışmaq istəmirəm. Bir insanı sevəndə, gərək onu olduğu kimi qəbul edəsən. Əgər inam yoxdursa, ortada sevgi ola bilməz. Ən əsası inam olmalıdır. İtirmək qorxusunu da itirmişəm.

Çoban oğlana ərə gedərəm. Pandemiya səbəbindən sənətçilərin bütün işləri dayanıb. Toylarımız, tədbirlərimiz, qazanc yerimiz yoxdur. Çobanla evlənib, ferma tikib, bizneslə məşğul olarıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə