"33 sual" rubrikasının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. SİA-nın məlumatına görə, o, maddi sıxıntılarından danışıb: "Evdə heç kim maaş almır. Sənətkarı xalq dolandırır. Toylara gedirəm, dəvətlərə qatılıram. Mənə tələbat var. Canımda can olduğu qədər məclislərə gedəcəm.
Hamının borcu var. Maşınımı kredit götürmüşəm, banka borcum var. Konsertə 70 min xərcim çıxdı, hələ də borcu ödəyib qaytarmamışam. Bir çoxları konsert verir, reklam edir, gedib görürsən ki, heç nə yoxdur. Bəziləri sənətlərinin yox, bədəninin üstünə düşüb. Bütün günü doğratdırıb, tökür, başı da boşdur".
Seyidcahan oğlu Ələkbərlə küsülü olması məsələsinə isə "Oğul mənimdir, ona qışqırara da, bağıra da bilərəm. Camaatın oğlu min oyundan çıxır, sırğa taxır. Sonra evlənir, uşağı da olur. Oğlum mənə deyir ki, toylara getmə, evdə otur. İstəmirəm övladımın mənfilərini açım. Ailəmi atıb, gedib başqa işlə məşğul olmamışam. Mənim yerimə kim olsaydı, uşağı atardı atasının üstünə, gedib kef edərdi. Mənə nə dəvətlər gəlib: xaricdən təkliflər almışam. İndi çox varlı, ailəsi, hətta başqa uşaqları olan qadın ola bilərdim. Məni yatdığım yerdə ərə veriblər, sevməmişəm. Oğlumun ilk ailəsi uğursuz oldu, ona ikinci dəfə toy etdim. Uşaqlarımı qoyub tək kirayədə yaşamadım. Mən heykəli qoyulacaq anayam. Üzümə baxanda bilinmir hansı yuvanın quşuyam?" sözləri ilə cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB