Aparıcı Kamilə Babayeva həyat yoldaşından danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb.
K.Babayeva aparıcı Samir Bayramlının "Deyirlər, həyat yoldaşı uzun illər Kamiləni sevib" sözlərinə belə cavab verib: "Kamilə onu sevib... 15 yaşım olanda onu metroda gördüm və vuruldum. Dedim ki, ay Allah, səndən nə gedir ki, onu mənə ver də. Nə tanıdım, nə adını bildim. 4 il sonra yenə də metroda görüşdük. Sonra bir-birimizi itirdik. Sonra yenə qarşılaşdıq və dostluq etdik.
Mənə deyirdi ki, oğlan kimisən, kaş oğlan olardın, səninlə müharibəyə, davaya getmək olardı. Deyirdim, bunlar nə danışır, mən nə hayda. Sonra 1999-cu ildə sevgi etirafı oldu, amma əsası olmadı. Üzərindən müyyən vaxt keçdi, Bakıdan getdim. Türkiyədə işlərim yaxşı gedirdi, hər şey əla idi. Sonra düşündüm ki, axı mənim 15 yaşından olan arzum var idi. Orada işimi bitirib gəldim və mübarizə apardım. 2012-ci ildə ailə qurduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB