Vaqif Aydınoğlu ikinci dəfə ata oldu FOTOLAR

Aparıcı Vaqif Aydınoğlu ikinci dəfə ata olub. SİA-nın məlumatına görə, bu haqda xanımın həkimi Sevinv Qarayeva məlumat verib. Bildirib ki, cütlüyün övladı 3 gün öncə dünyaya gəlib.

Bu, Aydınoğlunun ikinci nikahdan olan uşağıdır.

Qeyd edək ki, V.Aydınoğlu aparıcı Samirə Mustafayeva ilə ailəli olub və bu, nikahdan bir qız övladı dünyaya gəlib. Ötən il aparıcı ikinci dəfə ailə qurub.

Uzun illərdir ATV-də çalışan Vaqif ötən ay oradakı fəaliyyətinə son qoyub. O, hazırda "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə