Elza Seyidcahan: “Bəzi həmkarlarım məni nəinki bəstəkar, heç müğənni kimi də bəyənmirlər” - AÇIQLAMA
Qəribə layihələri ilə ictimaiyyətin marağında olan müğənni Elza Seyidcahan qonşuları üçün nəzərdə tutulan konsert layihəsinin son tamamlama işlərini görür. Sənətçinin budəfəki layihəsi də birmənalı qarşılanmır. Xüsusən də onun həmkarları Elza Seyidcahanın bu işinə bir qədər ironiya ilə yanaşmaqda davam edirlər. Buna əhəmiyyət verməyən Elza xanım SİA-ya açıqlama verib: "Əslində, bəzi həmkarlarım məni nəinki bəstəkar, heç müğənni kimi də bəyənmirlər. Amma özlərindən bixəbərdirlər. Mən maraqlı və yeni yaradıcılıq işi ilə insanları təəccübləndirə bilirəm. Amma bizim elə xalq artistlərimiz var ki, bu adın böyüklüyü qədər işlər görə bilmirlər. Nə sənətdə naxışlarını yarada biliblər, nə də ki, qeyri-adilikləri var. Yəni, sıravilərdən seçilmirlər".
Müğənni qonşular üçün nəzərdə tutulan konsertindən sonra daha maraqlı layihənin həllinə başlaycağını da bildirdi
Müğənni qonşular üçün nəzərdə tutulan konsertindən sonra daha maraqlı layihənin həllinə başlaycağını da bildirdi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB