Xalq artisti Könül Xasıyevaya ağır itki üz verib. SİA-nın məlumatına görə, xanəndənin anası bu gün səhərə yaxın vəfat edib.

"Ən çətin günlərimdə belə bu qədər çarəsiz olmamışdım" deyə, Xasıyeva bildirib.

Hazırda Şəkidə olan ifaçı yas mərasiminin orda olacağını deyib.

Qeyd edək ki, K.Xasıyevanın anası uzun müddətdir ağır xəstə idi. Son günlər isə o, yaddaşını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə