NEXT-in eks-üzvü yenidən qrupda - FOTO

NEXT-in eks-üzvü yenidən qrupda - FOTO
Ötən gün şəhərin restoranlarından birində mətbuat nümayəndələrinin də iştirak etdiyi toya qonaq qismində qatılan NEXT qrupu köhnə tərkiblə çıxış edib. Belə ki, bir müddət öncə qrupda fəaliyyətini dayandıran Əli Xəlilov yenidən NEXT-də görünüb. Deyəsən NEXT qrupu yenə də tərkibində dəyişikliklər edib. SİA-nın məlumata görə, qrupun keçmiş üzvü Anar Əli ilə əvəzlənib. Bu dəyişikliyin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün qrupun eks-üzvü Əli ilə əlaqə saxladıq.

"Mənim uşaqlarla münasibətim çox yaxşıdır. Tez-tez onlarla görüşüb, söhbətləşirik. Qrupdakı fəaliyyətimi dayandıranda çoxları NEXT-lə münasibətlərimin pisləşdiyini düşünürdü. Əslində isə səhhətimdə yaranan problemlərə görə qrupdan çıxdım. O ki, qaldı bundan sonra NEXT-in üzvü kimi çıxış etməyimə, bu barədə hələ heç nə deyə bilmərəm. Zaman göstərəcək mən NEXT-ə qayıdacam, yoxsa solo çıxış edəcəm. Toyda iştirakım isə heç də qayıdışımla bağlı deyildi. Sadəcə olaraq qrupun üzvü Anar şəxsi işləri ilə əlaqədar Bakıda olmadığı üçün toyda mən çıxış etdim", - deyə Əli bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə