Miri Yusif hansı yeniliyə imza atır?

Miri Yusif hansı yeniliyə imza atır?
Xalq artisti Zülfiyyə Xanbabayevadan sonra daha bir sənətçimiz yeni klipini və mahnılarını ilk dəfə saytında nümayiş etdirəcək. SİA-nın məlumatına görə, "Dəyirman" qrupunun solistlərindən olan Miri Yusif yeni trekini ilk dəfə internet səhifəsində yerləşdirəcək. Miri Yusifin yeni mahnısı "Heç kiməm" adlanır.

Qeyd edək ki, ilk dəfə bu addımı Z.Xanbabayeva atıb. O, yeni klip və mahnısını ilk dəfə saytında nümayiş etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə