Emin Bədəlov kimdən qorxur?
"Saqqız" ləqəbli gənc müğənni Emin Bədəlov qohumlarından, ən əsas da xalası oğlanlarından möhkəm qorxurmuş. SİA-ya açıqlama verən Emin bunu çəkinmədən etiraf etdi: "Çox vaxt mənə sual verirlər ki, niyə saçımı uzatmıram, nə bilim xüsusi olaraq səhnə üçün hazırlanmış geyimlərdən istifadə etmirəm. Mənə irad tutanlar var ki, niyə görə ifa etdiyi mahnıların tərzinə uyğun geyinmirəm. Ümumiyyətlə, mənim təbiətim belədir. Rəngarəng səhnə kostyumları, saç düzümləri, saç uzatmaq, başqa imicə girmək mənlik deyil! Dostluq etdiyim insanlar da belədir. Dostlarımın əksəriyyəti idmançılardır, şou-biznesdən tamam kənar, başqa sahənin adamlarıdır. Mənə elə gəlir ki, dostlarını başqa imicdə görmək onlara da xoş gəlməz. Ən sonda da xalam oğlanları mənim başımı kəsərlər!", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə