Elxan Şirinov klip çəkdirir?
Yaradıcılığında daim yeniliklər edən müğənni Elxan Şirinov növbəti dəfə kamera qarşısına keçməyə hazırlaşır. SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, o, yaxın dostunun ona təqdim edəcəyi yeni mahnıya ekran həyatı verməyi düşünür: "Mən ildə bir dənə klip çəkdirib, efirlərdə nümayiş etdirirəm. Bu iki il ərzində də boş dayanmadım, mahnı yazdırıb, klip çəkdirdim".

Efirlərdə az görünməyinin səbəbinə də aydınlıq gətirən müğənni bunu maraqlı bir tərzdə izah etdi: "Güzəranım xoş keçir, həyat gözəldir. Kiminsə mənə görə narahat olmasına gərək yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə