Əməkdar artist Elza Seyidcahanın gəlini ilə münasibətlərinin yaxşı olmadığı iddia edilib. SİA-nın məlumatına görə, bu haqda aparıcı Zaur Kamal verilişində deyib. O bildirib ki, gəlini Seyidcahanla eyni evdə yaşamaq istəməyib və ərə gəldikdən 1 ay sonra cehizini yığıb başqa evə köçüb.

Onun sözlərini Elza təsdiqləyib: "Oğlum və gəlinim kirayədə yaşayır. Oğlum ayrı qalmaq istədi, mən də razılaşdım. Tək yaşadığım üçün qızım ərə gedəndə kürəkənimi yanımda saxladım. O da mənim üçün oğuldur".
Müğənni gəlini Xəyalə ilə küsülü olması iddiasının isə yalan olduğunu bildirib. O, canlı yayımda Xəyaləyə zəng edərək, aralarında heç bir inciklik olmadığını sübut edib

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB