Bəzi xəbər saytlarının yaydığı məlumatlara görə, Xəzər Media mərkəzinin 103 və 100.5 fm radio dalğalarının rəhbəri, eyni zamanda 5/5 verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətləri əlindən alınıb. Zaur 2 gün öncə tutduğu vəzifədən azad edilib, onun kanaldakı vəziyyəti yalnız 5/5 verilişinin aparıcısı kimi davam edir.
Hətta xəbərdə qeyd olunub ki, Zaurun yerinə adıçəkilən radioların rəhbəri Fərid Dadaşov təyin edilib. Fərid Dadaşov kanala yeni rəhbər təyin edilən Murad Dadaşovun doğma qardaşıdır.
Məsələ ilə əlaqədar olaraq aparıcı açıqlama yayıb: "Mən radioda rəhbər olmamışam, baş redaktor vəzifəsində çalışmışam və indi də işimin başındayam. 5/5 gəldikdə isə o, verilişin illərdir aparıcısıyam, layihə rəhbəri isə Rauf Sübhidir. Yəni, heç bir dəyişiklik yoxdur. Odur ki, bəzi zurnaçilər yalnış xəbər yaymayın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB