Mənzurə ilə Baharın arasında nələr yaşandı? VİDEO

Mənzurə ilə Baharın arasında nələr yaşandı? VİDEO

Müğənni Mənzurə Musayeva verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, o, kamera qarşısına anası ilə birgə keçib. Musayevanın anası proqramın aparıcısı Zaur Baxşəliyevi o ki, var tərifləyib. Onun sözləri Zauru göz yaşlarına qərq edib.

İfaçı proqram zamanı evini nümayiş etdirməkdən də çəkinməyib.

O, ardınca verilişdə qonaq olan həmkarı Bahar Lətifqızından incidiyini dilə gətirib. Aparıcı səbəbini soruşduqda Mənzurə həmin mövzu haqqında danışmaq istəməyib: "Bir müddət öncə Bahardan incimişdim. Mən onu özümə hər zaman yaxın bilmişəm. Amma bu gün doğum günüdür. Məni təbrik etdi. Mən də onu bağışladım. Ondan nə üçün incidiyimi özü yaxş bilir. Lakin efirdə bu haqda danışmaq istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə