Afaq bu məşhurlarla hələ də küsülüdür? VİDEO

Afaq bu məşhurlarla hələ də küsülüdür? VİDEO

Aparıcı Afaq Gəncəli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aparıcı müğənni Natavan Həbibinin "Tolikin tapşırığı ilə Afaq toyda məni təqdim etmədi" sözlərinə cavab verib: "Natavanla əla münasibətimiz var. Onun açıqlamasına baxdım, dedim, axı elə olmayıb. Tolik mənə onu təqdim etməməyi deməyib. Oldu keçdi, eybi yox.

Natavanla başqa mübahisə olmuşdu. Verilişlərin birində qalmaqal yaşandı və durub getdim. İşığı çıxartdırmaq Toliklik idi, amma təqdim etməməyi özüm istədim".

Afaq müğənni Günay İbrahimli ilə küsülü olduğunu da etiraf edib: "İndi də Günayı "İnstagram"da izləyirəm, düşmən deyilik. Amma danışmırıq. Toxumu necə tökürsənsə, ondan pis bəhrə ala bilməzsən. İlk addımlarından onun əlindən tutmuşam. Ona görə də ona düşmən kəsilə bilmərəm. Nəsə baş verib, onun səs tonunda, davranışında səhv olub. Böyük mübahisəmiz yoxdur. Sadəcə, bir-birimizlə danışmırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə