Şəbnəm: "İlk qazancım 100 dollar olub" FOTO+VİDEO

Şəbnəm: "İlk qazancım 100 dollar olub" FOTO+VİDEO

Müğənni Şəbnəm Tovuzlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı çəkisindən söz açıb: "Karantin günlərində xeyli çəki aldım. Çox yeyirdim. Hazırda bir az arıqlamışam. Amma illər öncə 48 kiloqram çəkim olub".

Şəbnəm illər öncəyə də geri dönərək, ilk getdiyi toydan danışıb: "Məni ilk olaraq el şənliyinə müğənni Əfaltun Qubadov aparıb. Toy Qubada idi. Həmin zaman 20 yaşım var idi. Sözügedən toyda 3 mahnı oxudum. Əflatun müəllim, mənə 100 dollar pul verdi. 2006-2007-ci illərdə 100 dollar çox yüksək məbləğ idi. İlk qazancıma görə çox sevinirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə