Müğənni Roza Zərgərli ilə Afət Fərmanqızı barışıb. SİA-nın məlumatına görə, barışıq addımını Afət atıb. Belə ki, o, verilişlərin birində virtual qonaq olan Fərmanqızı studiyadakıları salamlayıb. O, daha sonra proqramda yer alan bir qadının övladını atmasına münasibət bildirib.
Afət verilişdə qonaq olan R.Zərgərlini xanıma misal çəkərək bunları deyib: "Müğənnimiz Roza xanımı görürəm. O, qadın Rozadan nümunə götürsün. Öz və övladlığa götürdüyü balalarına baxır. Nə gözəl anadır".
Zərgərli də onun barışıq addımına müsbət reaksiya verib.
Qeyd edək ki, ifaçılar arasında qalmaqala Afətin Xalq artisti Flora Kərimovanın ünvanına sərt sözlər yazması olmuşdu. Zərgərli F.Kərimovanın tərəfini tutaraq, Afəti tənqid etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB