Müğənni İzzət Bağırov illər öncə başına gələn xoşagəlməz hadisədən söz açıb. SİA-nın məlumatına görə, o, həmin gündən sonra göz-nəzərdən qorxduğunu etiraf edib: “10 il bundan öncə gecə saat 3-də səsyazma studiyasında idim. Həmin zaman adını çəkmək istəmədiyim həmkarımla orada görüşdük. O, yeni aldığım avtomobilimi gördü və çox bəyəndi. Mənə dedi ki, “evə ehtiyyatla get, maşınına gözüm dəyə bilər”.
Onun bu sözlərindən sonra qorxdum. Avtomobilimə əyləşib, oranı tərk etdim. 8-9 dəqiqədən sonra başqa bir maşın arxa tərəfdən avtomobilimə dəydi. Küçədə də onun və mənim avtomobilimdən başqa maşın yox idi. Hadisə olanda şoka düşmüşdüm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB