Xalq artisti Emin Ağalarov Rusiyada sahibi olduğu "Crocus Expo"nu müvəqqəti xəstəxanaya çevirəcək. SİA-nın məlumatına görə, müğənni bu addımı hazırda dünyada yayılan koronavirus infeksiyasına görə atdığını bildirib.
Xəstəxanaya koronavirus infeksiyasına yoluxan xəstələr yerləşdiriləcək. Məkana 1500 çarpayı qoyulacaq.
Emin "Crocus Expo"nun xəstəxana qəbulu üçün nə vaxt hazır olacağı tarixi açıqlamayıb. O bildirib ki, məsələ bir neçə həftəyə həll olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB