Əməkdar artist Elnarə Abdullayeva və müğənni Manaf Ağayev aparıcı Vüsalə Əlizadənin idarə etdiyi verilişdə qonaq olublar. SİA-nın məlumatına görə, xanəndə karantin vaxtında xeyli çəki almasından gileylənib: "Karantindən öncə 42-43 kiloqram idim. Hazırda isə 50 kiloyam. Bu da məni çox narahat edir. Sanki belimdə ağır yük daşıyıram”.
Onun bu sözlərinə Vüsalə də dəstək olub. Aparıcı bildirib ki, çəkisi çoxalanda özünü kompleksli hiss edir.
İki məşhur xanımın bu sözlərinə Manafdan gözlənilməz reaksiya verib: “Siz məni təhqir edirsiniz. Çünki hər ikinizin çəkisinin üst-üstə toplasaq mənim çəkimdən az edər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB