Xalq artisti kimləri "yıxıb-sürüdü"? FOTO

Xalq artisti kimləri "yıxıb-sürüdü"? FOTO

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə erməni əsilli dünya ulduzu Kim Kardaşyanın şəklini yayımlayıb. SİA-nın məlumatına görə, o, "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan səhifəni tənqid edib: "Əziz dostlar, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə diqqətlə baxın. Üzümü sizə tutub demək istəyirəm ki, kimisə təriflmək istəyirsinizsə, bəhanə axtarmayın.

Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair...

Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".

Bütün xəbərlər Facebook səhifəmizdə