Əməkdar artist: “Burada söhbət millətdən, kimliyimizdən, qeyrət və namusumuzdan gedir”- AÇIQLAMA

Əməkdar artist: “Burada söhbət millətdən, kimliyimizdən, qeyrət və namusumuzdan gedir”- AÇIQLAMA
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva qəzəblənib. Son zamanlar ermənilərlə bir səhnəyə çıxan, yaxud çıxdığı iddia edilən sənət adamlarının hərəkətinə münasibət bildirən müğənni SİA-ya danışdı: "Azərbaycan sənət adamlarının ermənilərlə səhnə bölüşməsinə heç bir bəraət yoxdur. Ermənilərlə bir səhnəyə çıxmaq o halda baş verə bilər ki, onlar işğal etdikləri Azərbaycan torpaqlarından əl çəksinlər, haqlarımızı özümüzə qaytarsınlar, bəlkə uzun müddət keçəndən sonra bu mümkün olsun".

T.Ağayeva həmkarlarını, musiqiçiləri hər bir hərəkətlərində diqqətli olmağa çağırdı: "Üzümü musiqiçilərimizə tutaraq deyərim ki, bir az diqqətli olsunlar. Şəxsiyyətimizi və mənfəətimizi hər şeydən önə çıxara bilmərik. Bu, bizi böyük fəlakətlərə apara bilər. Bu gün biz az qazana bilərik, gəlirimiz az da ola bilər. Həyat təkcə mənfəətdən ibarət deyil. Burada söhbət millətdən, kimliyimizdən, qeyrət və namusumuzdan gedir. İşğalına məruz qaldığımız, haqsızlıqları ilə üzləşdiyimiz "millətin" çevrəsində hansı haqla ola və səhnə bölüşə bilərik? Sənətçilərimiz ehtiyatlı olsunlar və belə hallara yol verməsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə