Türkiyədə yaşayan Azərbaycanlı iş adamı Rza Zərrab ata olacaq. Qardaş ölkənin məşhur müğənnisi Ebru Gündəşlə ailə quran iş adamı xoşbəxt olduğunu hər zaman vurğulayır.
SİA türk mətbuatına istinadən xəbər verir ki, Ebru Gündəş qatıldığı canlı yayımda sevdiyi insanın uşağını dünyaya gətirəcəyini bildirib: "İnsanlar xoşbəxt olmağıma səbəb kimi müxtəlif bəhanələr deyirlər. Ancaq bunun əsl səbəbi ana olacağımla bağlıdır. Bəli hamiləyəm, bunu mətbuata ən birinci özüm açıqlamaq istəyirdim. Ancaq sizlər kimdənsə eşitdiniz. Mənə isə faktı təsdiqləmək qalır. Xoşbəxtliyimə başqa bir səbəb isə yoldaşım Rza Zərrab tərəfindən sevilməyimdir. Mən özümü çox şanslı qadın hesab edirəm".
Gündəş başından yaralanan və hazırda xəstəxanada əməliyyata hazırlaşan İbrahim Tatlısəs haqqında "o, çox özəl insandır. Səsi, insanpərvərliyi möhtəşəmdir. Bir daha heç vaxt Türkiyəyə ikinci Tatlısəs gəlməyəcək. Sağlığı ilə yaxından maraqlanıram. Hər şey qaydasındadır. Tez-tez ziyarət edirəm. Hazırda vəziyyəti normaldır. Daha da yaxşı olacaq. Onun üçün durmadan dua edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB