Nazənin xəstəxanalıq oldu VİDEO

Müğənni Nazənin əməliyyat olunub. SİA-nın məlumatına görə, bu haqda həmkarı Afət Fərmanqızı məlumat verib. Belə ki, Afət Nazənini xəstəxanada ziyarət edib.

Fərmanqızı Nazənin xəstəxana otağındakı görüntülərini lentə alıb və sosial şəbəkədə yayımlayıb. O, videoda Nazəninin üzünü göstərməyib.

İzləyicilər "Nazənin xanıma nə olub?" kimi suallar ünvanlayıblar. Lakin onların sualları cavabsız qalıb.

Ardınca Afət Nazəninin xəstəxanadan olan yeni görüntülərini "İnstagram" səhifəsində yayımlayıb. Nazənin videoda bildirib ki, əməliyyat masasına uzanacaq: "Kiçik əməliyyat etdirəcəm. Estetik deyil. Tezliklə nə olduğunu biləcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə