Günel: "Tunardan ayrı düşmüşük" FOTOLAR + VİDEO

Günel: "Tunardan ayrı düşmüşük"  FOTOLAR + VİDEO

Müğənnilər Günel Zeynalova və Tunar Rəhmanoğlu verilişlərin birində virtual olaraq qonaq olublar. SİA-nın məlumatına görə, bacı-qardaş bir-birindən ayrı düşdüyünü bildirib.

Günel hazırda Türkiyədə olduğu üçün Bakıda qalan qardaşından ötəri darıxdığını bildirib: "Bir-birimizdən ayrı düşmüşük, həsrət qalmışıq. Tunarın oğlu Rəhman üçün çox darıxmışam. Ondan ötəri ölürəm (gülür). Bakıya gəlmək istəyirdik, alınmadı".

Günel valideynlərindən də danışıb: "Şükür ki, hamı yanımdadı. Qardaşımdan, ailəsindən uzaq düşmüşük. Anamla, atam öz evindədir. Onların yanına getməmişəm. Sənətlə məşğulam”.

Tunar efirdə oğlundan bəhs edib: "Yaxşı ki, Rəhman var, evdə başımızı qatır. Valideynlərimdən ötrü darıxıram".

Bütün xəbərlər Facebook səhifəmizdə