Məşhurlar "Biz birlikdə güclüyük" dedilər VİDEO

Məşhurlar "Biz birlikdə güclüyük" dedilər VİDEO

Müğənnilər virtual olaraq bir araya gəlib. SİA-nın məlumatına görə, onlar yardıma ehtiyyacı olan ailələrə kömək etmək məqsədi ilə "Biz birlikdə güclüyük" adlı video çəkiblər.

Həmin məşhurlar arasında müğənnilər Sevda Yahyayeva, Nadir Qafarzadə, Ayan Babakişiyeva, Gülay Zeynallı, aparıcılar Vüsalə Əlizadə, Afaq Gəncəli, Zümrüd Bədəlova, rəqqasə Oksana Rəsulova olub.

Onlar görüntülərdə qeyd ediblər ki, hazırda koronavirus pandemiyası səbəbindən yardıma ehtiyacı olan insanlar var. Onlara müraciət edən ailələrə maddi dəstək məqsədi ilə yeni bir "Challenge" başlayıblar. Toplanan məbləğlə ektiyyacı olan ailələrə ərzaq, dərman və sair yardımlar göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə